BAKI, 2 iyun — Sputnik. İyunun 1-i axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
“Report” xəbər verir ki, hadisə "Shacman" markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində ölən şəxs mikroavtobusun Masallı rayonundan olan sürücüsü Dadaşov İbrahim Dadaşbala oğludur. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.
Yaralılar bunlardır:
Səmədova Gülər Nadir qızı, 1995, Masallı rayon Bədəlan kəndi
Səmədov Məhəmməd Afiq oğlu, 2017, Masallı rayon Bədəlan kəndi
Quliyev Akşin Ehtiram oğlu, 2003, Masallı rayon Kolatan kəndi
Quliyev Fərid Ehtiram oğlu, 2002, Masallı rayon Kolatan kəndi
Əbülfəszadə Şəfa Qasım qızı, 1998, Masallı rayon Kolatan kəndi
Sadıqova Şəbnəm Şəmşad qızı, 2009, Masallı rayon Kolatan kəndi
Sadıqov İslam Şəmşad oğlu, 2014, Masallı rayon Kolatan kəndi.
Sadıqova Səbiyyə Şəmşad qızı, azyaşlı
Cabbarova Günəş, 1987
Yaralılardan 7-si Masallı, 2-si isə Cəlilabad rayon mərkəzi xəstəxanalarına aparılıb. Masallıya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır. Onlardan 2-sinə ambulator tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.