CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qurumunda yüksək vəzifəyə təyinat oldu

Abunə olmaq
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub

BAKI, 1 iyun — Sputnik. Elxan Mikayılov Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri təyin olunub. Bununla bağlı sədr Qoşqar Təhməzli əmr imzalayıb.

Agentliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Elxan Mikayılov bundan öncə Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə bir sıra beynəlxalq layihələrdə, eləcə də İsveçərinin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO), İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.

Xəbər lenti
0