Qonşuluqdakı dəhşətli təhlükə dayandırıldı, amma müvəqqəti

© Sputnik / Stringer / Mediabanka keçidMetsamor atom elektrik stansiyası
Metsamor atom elektrik stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan hökumətinin proqramı atom elektrik stansiyasının fəaliyyət müddətinin 2026-cı ilədək uzadılmasını nəzərdə tutur

BAKI, 1 iyun — Sputnik. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının reaktoru bu gündən etibarən təmirə bağlanacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə AES-in direktoru Movses Vardanyan bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən 3 saylı turboaqreqat standart illik təmir işləri ilə əlaqədar bağlanacaq.

O qeyd edib ki, avqustun 1-də modernləşdirilmiş 4 saylı turboaqreqatın istifadəyə verilməsi nəzərdə tutulur. 3 saylı turboaqreqatdakı təmir işlərinin isə dekabrın 1-də başa çatması gözlənilir.

Ликвидация последствий аварии на Чернобыльской АЭС, фото из архива - Sputnik Azərbaycan
Çernobıl AES-ə girməyə çalışan azərbaycanlı tutulub

Direktor bildirib ki, Atom Elektrik Stansiyası reaktor və iki turboaqreqatdan ibarətdir. Bu ilin aprel ayının 14-də 4 saylı turboaqreqatın fəaliyyəti modernləşmə işləri ilə əlaqədar dayandırılmışdı.

Ermənistan hökumətinin proqramı atom elektrik stansiyasının fəaliyyət müddətinin 2026-cı ilədək uzadılmasını, habelə yeni birləşmələrin mərhələli şəkildə tətbiqini nəzərdə tutur. Maliyyələşdirmə Rusiyanın dövlət ixrac krediti hesabına 270 milyon dollar və 30 milyon dollar həcmində həyata keçiriləcək. Hal-hazırda Rosatom ilə atom elektrik stansiyasının ikinci güc vahidinin istismar müddətini uzatmaq üçün işlər davam edir.

Xatırladaq ki, AES Metsamor şəhəri yaxınlğında yerləşir.

Erməni nüvə elektrik stansiyasının ilk enerji bloqu 1976-cı ilin dekabrında, ikincisi isə 1980-ci ilin yanvarında istifadəyə verilib. 1988-ci ilin dekabrında 25 min insanın öldüyü Spitak zəlzələsindən sonra 1989-cu ilin martında nüvə elektrik stansiyasının faəliyyəti dayandırılıb. İkinci enerji bloku 1995-ci ilin noyabr ayında respublikada baş verən enerji böhranı səbəbindən yenidən istifadəyə verilib.

Xəbər lenti
0