Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gənc qadın qanlı cinayət törədib: 7 yaşlı oğlunu...

© Photo : CNN TürkBilge Lord Kunduracı
Bilge Lord Kunduracı - Sputnik Azərbaycan
Abunə olmaq
Qatil qadından etiraf: "Oğlumu əlimdən almaqdansa, ona bir ömür həsrət qalmasını istədim".

BAKI, 1 iyun — Sputnik. 4 gün əvvəl Şimali Kiprdə 7 yaşlı oğlunu 17 bıçaq zərbəsi ilə vəhşicəsinə öldürən ana ifadə verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ana ifadəsində ondan ayrılmaq istəyən həyat yoldaşından qisas almaq məqsidlə oğlunu öldürdüyünü deyib. 7 yaşlı oğlu Ercan Kunduraçını öldürən ana Bilgə Kunduraçı əməlindən peşman olmadığını da deyib.

Qadın daha sonra biləklərini kəsərək intihar etməyə cəhd göstərsə də, araşdırma zamanı bu addımın intihara cəhd olmadığı müəyyən edilib.

Qadının sözlərinə görə, qorxub ki, əri oğlunu onun əlindən alacaq və ona görə də sonuncunu öldürüb: "Oğlumla birlikdə şəklini facebookda paylaşdıqda uşağı əlimdən alacağını düşündüm. Qorxularım artdı. Oğlumu əlimdən almaqdansa, ona bir ömür həsrət qalmasını istədim. Buna görə oğlumu öldürdüm". Qadın oğlunun qan içində olan şəklini də çəkərək WhatsApp-dan həyat yoldaşına göndərib və "gəl indi uşağı məndən al" yazıb.

Mütəxəssislərin fikrincə, qadın cinayət törətməyə meyilli qatildir. Bu onun törətdiyi əmələ görə peşman olmadığını barədə açıqlamasından da aydın şəkildə görünür. Qadının özünü öldürmə cəhdi isə manipulyasiyadan başqa bir şey deyil.

Xəbər lenti
0