BAKI, 1 iyun — Sputnik. Danimarka parlamenti niqab və çadra geyinməyi qadağan edən qanun layihəsini təsdiqləyib. Sputnik Azərbaycan "Anadolu"ya istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 70, əleyhinə 30 deputat səs verib.
Qanun layihəsi avqustun birindən qüvvəyə minəcək və bu qaydanı pozanlar 1000 Danimarka kronu (264,6 AZN) məbləğində cərimələnəcək. Qanunu dörd dəfədən artıq pozan şəxslər isə hər dəfə 10 min Danimarka kronu (2646 AZN) məbləğində cərimələnəcək.
Danimarka ədliyyə naziri Serena Pape Poulsenin sözlərinə görə, polis qadınları niqab və çadranı çıxarmağa məcbur etməyəcək. Qanunu pozanlar cərimələnib, evə buraxılacaq.