CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Agentlik iş axtaranlar üçün yeni imkan yaradır

© Sputnik / Murad OrujovБакинское Транспортное Агентство
Бакинское Транспортное Агентство - Sputnik Azərbaycan
Abunə olmaq
Müsabiqəyə dair sənədlər toplusu 05.06.2018 tarixindən Bakı Nəqliyyat Agentliyinin rəsmi saytına yerləşdirilib

BAKI, 1 iyun — Sputnik. Bakı Nəqliyyat Agentliyi “Beynəlxalq Avtovağzal” kompleksi – “8-ci km Bazarı”nı əlaqələndirən 20 nömrəli və Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) – “Xalqlar Dostluğu” metrostansiyasını əlaqələndirən 94 nömrəli marşrut xətləri ilə bağlı müsabiqə elan edib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hər iki marşrut xətti ilə bağlı aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar metrostansiyasından “8-ci km Bazarı”na qədər)  Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu. Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydlarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.

Qeyd edilən nöqsanların aradan qaldırılması və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması üçün 20 və 94 nömrəli marşrutların birləşdirilərək müsabiqə yolu ilə bir daşıyıcı tərəfindən istismar edilməsinə qərar verilib. Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək hər iki marşrutun son dayanacaq məntəqəsi də dəyişdirilib. Dəyişikliyə əsasən, avtobuslar Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s)-Əhmədli metrostansiyası və Beynəlxalq Avtovağzal Kompleksi-Əhmədli metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək.

Müsabiqə şərtlərinə əsasən, daşıyıcıdan ən azı 35 avtobus tələb olunur. Bu avtobuslar minimum 75 sərnişin tutumuna və 24 oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa, avtobuslar səhər saat 05:30-da reysə başlamalı, 23:59-də isə reysi bitirməlidir. Müsabiqəyə dair sənədlər toplusu 05.06.2018 tarixindən Bakı Nəqliyyat Agentliyinin HYPERLINK "http://www.bna.az/" www.bna.azrəsmi saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək istəyən və maraqlanan şəxslər tanış ola bilər. Təkliflərin qiymətləndirilməsi zamanı daşıyıcılara (sahibkarlara) aşağıdakı meyarlarına görə üstünlük veriləcəkdir:

1. Müasir standartlara cavab verən istehsalat bazasına (qaraj) malik olması.

2. İstehsalat bazalarının avtobus sayına müvafiq təmir zonalarına, inzibati binaya və parklanma ərazisinə malik olması.

3. Yeni müasir avadanlıqlarla təhciz edilmiş nəqliyyat vasitələrinə (avtobuslara) malik olması;

4. Sürücü bazası və müvafiq işçi heyətə malik olması.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.

Xəbər lenti
0