CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları" təqdim edildi

© Sputnik / Irade JELIL"Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir
Kaspi qəzeti və Kaspi Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilki mükafatın sahibi sənətşünas alim Ziyadxan Əliyev olub.

BAKI, 1 iyun — Sputnik. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurası, "Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçirildi. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə "Kaspi nəşrləri" seriyasından iki yeni kitab – "XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları" və tərtibatçısı Vilayət Quliyev olan Əlimərdan bəy Topçubaşovun "Kaspi"dən seçmələr" təqdim edildi.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan və rus dillərində nəşr edilən "Əlimərdan bəy Topçubaşov "Kaspi"dən seçmələr" kitabında Azərbaycan Xalq Cümhuriyyətinin qurucu atalarından birinin – görkəmli ictimai-siyasi xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu "Kaspi" qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilində tərcüməsi toplanılıb: "Bu yazılarda Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif yönləri və istiqamətləri ilə əksini tapıb. Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, dövrünün nəhəng simalarından idi. Onun bu kitabda toplanan məqalələri bu gün üçün də çox aktualdır. Əlimərdan bəy Topçubaşov öz məqalələri ilə xalqın maarifləndirilməsində mühüm rol oynayıb".

"Kaspi nəşrləri" seriyanın rəhbəri və redaktoru Sona Vəliyeva nəşr olunan kitabların əhəmiyyətindən danışıb. O qeyd edib ki, "Kaspi nəşrləri" seriyası öz fəaliyyətində xalqımız üçün vacib olan mövzulara geniş yer verir: "Kaspi nəşrləri" seriyası 15-ə qədər kitab nəşr edib, lakin bu iki kitab bizim üçün daha əzizdir. Kitabın birinci hissəsi ulu öndər Heydər Əliyevə həsr olunub. Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal düşüncəsinin sovet dönəmində sönməyə qoymaması bizə bu kitabın birinci hissəsinin Heydər Əliyevə həsr etməyə imkan verdi. Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin qurucularının xaricdə olan məzarlarının tapılması, onların arxivlərinin toplanması, fəaliyyətlərinin tədqiq edilməsi istiqamətində böyük işlər görüb".

Tədbirdə həmçinin hər il bir şəxsə verilən "Kaspi" mükafatının bu ilki sahibinin adı açıqlanıb. Bu ilki mükafatın sahibi sənətşünas alim Ziyadxan Əliyev olub.

Xəbər lenti
0