Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan təltif olundu

© Sputnik / Irade JELILBakı Şəhəri üzrə Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov və Sputnik Azərbaycan-ın redaktoru Tural Məmmədov
Bakı Şəhəri üzrə Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov və Sputnik Azərbaycan-ın redaktoru Tural Məmmədov - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Diplomu Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov təqdim edib

BAKI, 31 may — Sputnik. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sputnik Azərbaycan İnformasiya Agentliyinin fəaliyyətini mükafatla qiymətləndirib.

Agentlik Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə səmərəli əməkdaşlığa və paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasına verdiyi dəstəyə görə fəxri diplomla təltif edilib. Diplomu Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov təqdim edib.

Qeyd edək ki, Sputnik Azərbaycan Bakının təhsil sahəsində baş verən hadisələri və yenilikləri fəal surətdə işıqlandırır. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi də daim KİV-lə əməkdaşlığa açıq olan dövlət strukturlarından biridir.

© Sputnik / Anar MustafayevSputnik Azərbaycan agentliyinə təqdim olunmuş diplom
Sputnik Azərbaycan agentliyinə təqdim olunmuş diplom - Sputnik Azərbaycan
Sputnik Azərbaycan agentliyinə təqdim olunmuş diplom

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 28 iyul 2006-ci il tarixində yaradılıb. Bu idarə birbaşa Təhsil Nazirliyinin tabeliyindədir. Hazırda İdarədə 12 sektor, xidmət bölmələri və Təlimə Dəstək Mərkəzi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyində 317 məktəb (307 tam orta məktəb, 7 əyani-qiyabi axşam məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb) və 46 məktəbdənkənar müəssisə var.

Sputnik Azərbaycan multimedia agentliyi və radiosu 2015-ci ilin mayından etibarən ölkəmizdə Azərbaycan və rus dillərində fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir. Agentliyin internet portalı LiveInternet-in 1 iyun 2018-ci ilə olan məlumatına görə, aparıcı milli KİV-lər arasında TOP-15-liyə daxildir.

Sputnik Azərbaycan informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və multimedia radiosunun bir hissəsidir. Sputnik özündə 30-dan çox dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirir. Sputnik xəbər lentinin abunəçiləri üçün sutka ərzində ingilis, ərəb, ispan və çin dillərində yayımlanır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала