SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı Yerevana cavab verdi: Danışıqlara hazırıq

© Sputnik / Murad OrujovXİN
XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşün keçirilməsi barədə bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək

BAKI, 31 may — Sputnik. "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin açıqlamasına münasibət bildirərkən deyib.

H. Hacıyev bildirib ki, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır: "Görüşün keçirilməsi barədə bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək".

Xəbər lenti
0