İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 31 may — Sputnik. Qazaxda faciə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində məktəbli boğulub.
© Sputnik / Ilham MustafayevElnar Mustafayev Qazaxdakı restoranların birinin ərazisində yaradılmış süni göldə boğulub
Elnar Mustafayev Qazaxdakı restoranların birinin ərazisində yaradılmış süni göldə boğulub
© Sputnik / Ilham Mustafayev
Yol kənarından keçən şəxslərdən biri çayın sahilində 13-14 yaşlı oğlana aid paltarlar, eləcə də mobil telefon aşkar edib. Dərhal göldə axtarışlara başlanılıb.
Bir müddət sonra restoranların birinin ətrafında yaradılmış süni göldən 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayevin cəsədi çıxarılıb.
© Sputnik / Ilham MustafayevMəktəblinin cəsədi təcili yardım avtomobilinə qoyulur
Məktəblinin cəsədi təcili yardım avtomobilinə qoyulur
© Sputnik / Ilham Mustafayev
İlkin məlumata görə, Elnar Mustafayev Bakı şəhərində yaşayırmış və Qazaxa qonaq gedib. Onun həmyaşıdları ilə çayda çimən zaman batdığı, hadisədən dərhal sonra digər uşaqların qorxaraq olay yerindən qaçdıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.