BAKI, 31 may — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni
Əliyev Səyad Sabir oğlu
“Tərəqqi” medalı
Abdullayev Nadir Əbülfəz oğlu
Bağırov Samir Anaydın oğlu
Buzarov Valeriy Vlasoviç
Əhmədova Gülnarə Telman qızı
Həzərxanov Ənvər Tapdıq oğlu
Hüseynov Ağaşükür Əlihüseyn oğlu
Xudaverdiyev Tofiq Ağaxan oğlu
Qəhrəmanov Əhəd İbrahim oğlu
Mehdiyev Rüfət Abdurəhman oğlu
Məcidova Ədilə Məmməd qızı
Məhərrəmov Şahmur Vaqub oğlu
Nəsirov Çodar Nəsrəddin oğlu
Rəhimov Bağır Tağı oğlu
Səmədov Məmmədəli Həmid oğlu
Şükürov İlham Sabir oğlu
Vəliyev Nizami Hilal oğlu.
Bundan başqa, Prezident İlham Əliyev mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Raqub Baxdı oğlu Səmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi”
Tagıyev Bahadır Hüseyn oğlu
“Əməkdar pilot”
Ağayev Eldəniz Ağababa oğlu
Ağayev Mehman Sahibəli oğlu
Alışov Ədalət Nəcəf oğlu
Cəfərov Otello Ramiz oğlu
Hüseynov Xaliq Hüseyn oğlu
Kazımov Sahib Həbib oğlu
Quliyev Fərhad Məhər oğlu
Tarzumanov Rinat Rahmatulloviç
“Əməkdar mühəndis”
Axundov Alim Abdulrəhim oğlu
Əhmədov Elxan Ramiz oğlu
İbrahimov Abdurəhim Yusib oğlu
“Əməkdar müəllim”
Abdullayev Xəqani İmran oğlu
Həsənov Afiq Rəşid oğlu
İsmayılov İsmayıl Mahmud oğlu
Quliyev İbrahim Oruc oğlu
Səmədov Ədalət Soltan oğlu
“Əməkdar həkim”
Fiqarova Şəfiqə Əli Rza qızı
Məmmədov Fərdil Fərrux oğlu.