Peru və Azərbaycan hərbi sahədə əməkdaşlıq edəcək

© Sputnik / Eldar TanrıverdiyevPeru Respublikasının müvəqqəti işlər vəkili Luis Çanq Boundri
Peru Respublikasının müvəqqəti işlər vəkili Luis Çanq Boundri - Sputnik Azərbaycan
Abunə olmaq
Müvəqqəti işlər üzrə vəkil qeyd edib ki, bu ilin sonuna kimi beynəlxalq təşkilatlar çəçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalana bilər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Mən Azərbaycanda çox şey öyrəndim. Bunlardan biri Azərbaycan qonaqpərvərliyidir. Bu qonaqpərvərlik o qədər möhtəşəmdir onu sözlə ifadə etmək mümkün deyil. Mən Azərbaycanda bir il keçirdim və bu olduqca gözəl idi. Sputnik Azərbaycan xəbər verir ki, bunu Peru Respublikasının müvəqqəti işlər vəkili Luis Çanq Boundri Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə keçirilən qəbulda bildirib.

L.Boundri bildirib ki, hazırda hər iki ölkə Peru və Azərbaycan arasında bir neçə saziş müzakirə edilir: "Bu sazişlər vasitəsilə həm siyasi, həm iqtisadi sahələrdə daha üksək əlaqələr qura biləcəyik. Biz elm, müdafiə sahələrində, beynəxlalq təşkilatlar çərçivəsində əməkdaşlıq da daxil olmaqla bir çox sahələrdə çalışa bilərik"

Müvəqqəti işlər üzrə vəkil qeyd edib ki, bu ilin sonuna kimi beynəlxalq təşkilatlar çəçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalana bilər: "Bundan əlavə Perunun xarici işlər nazirinin müavinin Azərbaycana səfəri gözlənilir. Bunsəfər ilin ikinci yarısında reallaşdırılacaq"

Boundri qeyd edib ki, Azərbaycan coğrafi mövqeyinə görə Peru üçün çox maraqlı mövqedə yerləşir: "Biz Azərbaycan həm şimal-cənub, həm d şərq-qərb dəhlizlərindən, həmçinin neft-qaz kimi təbii sərvətlərindən səmərli istifadə etdiyini görürük. Ötən gün işə salınan Cənub Qaz Dəhlizi Azərbaycan üçün uzunmüddətli yeni gəlir əldə etməsini təmin edəcək. Biz Azərbaycanla ticarət münasibətlərini lap başlanğıcındayıq. Düzdür, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi hələ də azdır, amma biz bu istiqamətdə işlər görürük. Hər iki ölkənin səfiri bu istiqamətdə işlər aparır"

Qeyd edək ki, qəbulda Perunun Azərbaycanın yeni təyin olunan səfiri Milaqros Kastanyon Seoane da iştirak edib.

Xəbər lenti
0