Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclisdə banklar sərt tənqid atəşinə tutuldu

© Sputnik / Murad OrujovЗаместитель исполнительного секретаря правящей партии "Ени Азербайджан" (ПЕА) Сиявуш Новрузов
Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов - Sputnik Azərbaycan
Abunə olmaq
"2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin?"

BAKI, 31 may — Sputnik. “Manatın dayanıqlılığı çox gözəldir. Ancaq 2017-ci ildə məsələ qaldırdıq ki, banklarda kredit faizi çox yüksəkdir, sahibkarlar bundan səmərəli istifadə edib yeni iş yerləri yarada bilmirlər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanda orta və kiçik sahibkarlar kreditlərdən yararlana bilmir ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın: “2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin? Yaxşı hallardan biri ondan ibarətdir ki, prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinə, həm də əlillərə müavinətlərin ödənilməsi ilə bağlı sərəncam imzalandı. Ancaq bununla yanaşı digər bu qəbildən olan məsələlər var ki, onlar da öz həllini tapmalıdır”.

Xəbər lenti
0