Dünyada sarışınların sayı durmadan azalır. Təkcə son yarım əsr ərzində dünyada sarışın adamların sayı 49 faizdən 14 faizə qədər azalıb. Alimlərin proqnozuna görə, 2 əsr sonra sarışın qadınlar Yer üzündən silinəcəklər.
Artıq 20 ilə yaxındır ki, yazın son ayında bütün dünyada Beynəlxalq sarışınlar günü qeyd edilir. Bu ənənənin nədən başladığını heç kim xatırlamır. Bəzilərinə görə, bu tarix “Sarışın qanunda” filmi ekrana çıxandan sonra qeyd edilməyə başlayıb. Digər versiyaya görə, bu günü ABŞ-da hüquqşünas qadınlar dəbə mindirib.
Amma hamı eyni fikirdədir ki, bu bayram mütləq qeyd olunmalıdır. Çünki sarışınlar təkcə saçlarının rəngi ilə deyil, həm də ancaq onlara xas olan şarm və qeyri-adiliklə seçilirlər. Sarışın qadınlar tez-tez obyektinə çevrilsələr və lətifə qəhrəmanı olsalar da, kişilər həmişə onları seçirlər.
Sputnik Azərbaycan bütün dünyadakı ən məşhur sarışın qadınların fotolarını toplayıb. Onlar müxtəlif zamanlarda həm kişiləri, həm də qadınları heyran ediblər.