CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir böyük musiqi bayramı

© Photo : REPORTМеждународном центре мугама в Баку
Международном центре мугама в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Layihəyə Türkiyə, İsrail, Macarıstan və Fransa səfirlikləri böyük dəstək göstərirlər

BAKI, 31 may — Sputnik. Bakıda yeni caz layihəsi – Baku Summer Jazz Days start götürür. Tədbirin konsertləri 4-8 iyun aralığında Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Layihənin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Premier Art Management prodüser agentliyinin təşəbbüsü ilə keçirilir.

Leyla Əfəndiyeva - Sputnik Azərbaycan
"Bakı Caz Festivalı” yüksək səviyyədə təşkil edilmişdi"

Baku Summer Jazz Days ənənəvi olacaq və hər il iyunun birinci yarısında keçiriləcək. Layihənin məqsədi turistlərin Azərbaycan caz musiqisi ilə tanışlığı və ölkənin turizm potensialının inkişafıdır.

Jazz Days-in proqramına müxtəlif ölkələrdən olan musiqiçilərin iştirakı ilə 5 konsert daxildir. İfaçılardan hər biri müxtəlif caz üslublarında çıxış edəcək. Konsertlərdən əlavə, həmçinin ustad dərsləri keçiriləcək.  Musiqi məktəblərinin tələbələri də məşqlərdə, tədbirlərdən sonrakı jam session-larda olmaq imkanı qazanacaqlar. Həmçinin caz mövzusundan ilhamlanan gənc rəssamların sərgisi keçiriləcək.

İyunun 4-də məşhur musiqiçi Avişai Koen öz kvarteti ilə çıxış edəcək. Koen əfsanəvi Maylz Devisin irsini özünəməxsus şəkildə yaşadan və öz dəst-xətti olan məşhur musiqiçidir.

İyunun 5-də qonaqlara Azərbaycanın əməkdar artisti Elçin Şirinovla Andras Des, Marton Fenyvesi və Matyas Szandaidən ibarət məşhur macar cazmenlərinin triosunun uğurlu əməkdaşlığının nəticəsi olan beynəlxalq caz layihəsi təqdim olunacaq. Bu layihə dəfələrlə xarici festivallarda nümayiş etdirilib, onun diski də buraxılıb.

Выступление американской джаз-группы Kennedy Administration на Baku Jazz Festival 2017 - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bakı Caz Festivalının hansı uğurları var?

İyunun 7-də ABŞ-ın fank bas gitaraçısı və müğənnisi Nik West  öz ansamblı ilə çıxış edəcək.

İyunun 8-də isə tamaşaçıları Fransanın populyar musiqiçiləri Jacky Terrasson və Stephane Belmondo və onların yeni layihəsi TERRAMONDO ("Mother") ilə görüş gözləyir.

Qeyd edək ki, layihəyə Türkiyə, İsrail, Macarıstan və Fransa səfirlikləri böyük dəstək göstərirlər.

Sputnik Azərbaycan Baku Summer Jazz Days-in informasiya tərəfdaşıdır.

Xəbər lenti
0