BAKI, 31 may — Sputnik. Xalq artisti Flora Kərimova "Qaynana 2018" bədii filminə çəkilir.
Bu barədə Sputnik Azərbaycan-a Caspian Media Group-un istehsalı olacaq filmin layihə direktoru və baş prodüseri Hüseyn Cavadzadə məlumat verib.
Filmin rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva, qrim ustaları Sevda Zeynalova, Səbinə İmanova, icraçı prodüserləri Azər Qasımov və Ömər Abdulkərimovdur.
Filmdə baş rolu Flora Kərimova oynayacaq. Bununla da o, ilk dəfə qaynana obrazını yaradacaq. Filmdə həmçinin xalq artisti Səfa Mirzəcanov, aktyorlar Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxışova, Azum Oquçukvo və digərləri çəkiləcəklər. Hətta tanınmış müğənni Seeya da filmdə epizodik rol alacaq.
Filmin çəkilişləri yaxın zamanlarda başlayacaq. Çəkiliş qrupu əmindir ki, onlara 1978-ci ildə çəkilmiş "Qaynana" filminin uğurunu təkrarlamaq nəsib olacaq. Həmin filmdə baş rolu xalq artisti Nəsibə Zeynalova oynamışdı.