CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Festival başlayır: Azərbaycanda möhtəşəm at yarışları keçiriləcək

© Photo : AZƏRTACQarabağ atları
Qarabağ atları - Sputnik Azərbaycan
Abunə olmaq
5, 6, 7 və 9 iyun 2018-ci il tarixlərdə isə Çövkən Milli Atüstü Oyunu üzrə "100 İllik Yubiley Kuboku" turniri keçiriləcək

BAKI, 31 may — Sputnik. Azərbaycan Xalq Cümhuriyyətinin yaran-masının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Atçılıq Federasiyası da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına start verir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının yaranmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib - Sputnik Azərbaycan
Atçılıq federasiyası mükafatlandırdı

Festival 2-17 iyun tarixlərini əhatə edir. Belə ki, festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər keçiriləcək. 02 iyun 2018 ci il tarixində Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır üzrə "100 İllik Yubiley Kuboku" keçiriləcək. Kubok uğrunda 24 at və jokeyin iştirakı gözlənilir.

3 qaçışdan ibarət olacaq Cıdır Günündə 3 yaşlı Qarabağ və Dilbaz atları və 3 yaşlı İngilis atları 1600 metr məsafədə, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları isə 2000 metr məsafədə qrup üzrə güclərini sınayacaqlar.

Yerli müğənnilərin iştirakı ilə konsert proqramı, sonda isə lotoreya keçiriləcək. Tədbiri izləmək üçün gələn qonaqlar ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə paradı izləmək imkanı əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 000 manatdır.

5, 6, 7 və 9 iyun 2018-ci il tarixlərdə isə Çövkən Milli Atüstü Oyunu üzrə "100 İllik Yubiley Kuboku" turniri keçiriləcək.

© Sputnik / Alyona SalayevaBinə Atçılıq Mərkəzində mətbuat konfransı
Binə Atçılıq Mərkəzində mətbuat konfransı - Sputnik Azərbaycan
Binə Atçılıq Mərkəzində mətbuat konfransı

Turnirdə ümumilikdə 8 komanda iştirak edəcək. 5 və 6 iyun tarix-lərində keçiriləcək təsnifat mərhələlərinin ardında 7 iyun tarixində yarımfinal oyunları keçiriləcək. 9 iyun tarixində isə 3-cülük uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq.

"100 İllik Yubiley Kuboku"nun Bakı təmsilçiləri "Sərhədçi", "Po-lad," "Köhlən", "Murad", "Buta Qolden", "Omar" çövkən komandaları ilə yanaşı qonaq komandaların — Ağstafa və Ağcabədi çövkən komandalarının iştirakı da nəzərdə tutulur. Turnirin püşkatması 31 May 2018-ci il tarixdə keçiriləcək. Ümumi mükafat fondu 50 000 manat təşkil edir.

8 iyun 2018-ci il tarixdə atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri keçiriləcək.

Turnir 2 kateqoriya üzrə keçiriləcək. İlk kateqoriyada maneələrin hündürlüyü 125 sm, ikinci kateqoriyada isə 145 sm olacağı nəzərdə tutulur.

Turnir Elite Horse & Polo Clubun yaşıl arenasında keçiriləcək. Ümumi mükafat fondu 34 000 manat təşkil edir.

Yarışların qalibi Zaman Yarışov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şabranda at yarışında Yarışov qalib oldu

15-17 iyun 2018-ci il tarixlərdə isə Azərbaycan, Almaniya, İrlan-diya və Hindistan təmsilçisi klubların iştirakı ilə artıq 6-cı dəfə Arena Polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. 3 gün davam edəcək turnirdə ümumilikdə 6 oyun keçiriləcək. Azərbaycanı təmsil edən Milli Polo komandasının idmançılarından ibarət "Elite Horse & Polo Club" komandasının bu turnirə qatılması da yarışları azarkeş-lərimiz üçün xüsusilə maraqlı edəcək.

31 may 2018-ci il tarixdə mətbuat konfransı keçiriləcək və Milli Atçılıq Festivalı ilə bağlı bütün məlumatlar geniş şəkildə ictimaiyyətə çatdırılacaq. Eyni zamanda, Çövkən Milli Atüstü Oyunu üzrə 100 illik yubiley turnirinin və Arena Polo Dünya kubokunun püşkatma mərasimi də həmin gün keçiriləcək.

Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi festivalın informasiya tərəfdaşıdır.

Xəbər lenti
0