Tək rəqəm sevgisi gənc adamı milyonçu etdi

© AFP 2024 / OZAN KOSE ABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
22 yaşlı gənc qalib bu pula avtomobil almağı və investitsiya qoymağı düşünür

BAKI, 30 may — Sputnik. ABŞ-ın Miçiqan ştatının sakini lotereyada iki milyon dollar qazanmasını tək rəqəmlərə olan sevgisi ilə izah edib.

"Mən ani lotereyaları sevirəm və hər zaman tək rəqəmli lotereyalar alıram" — deyə gənc bildirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, gənc adam lotereyanı su-şərab mağazasında görüb və satıcıdan nömrəsini soruşub.

Qadın "21" dediyi zaman gənc lotereyanı alıb və pozub. Lotereyanın şərtlərinə görə, o bu məbləği hissə-hissə illər ərzində və ya yarısınından vaz keçməklə bir dəfəyə götürə bilər. Gənc ikinci variantı seçərək 1,3 milyon dolları alıb.

22 yaşlı gənc qalib bu pula avtomobil almağı və investitsiya qoymağı düşünür.

Xəbər lenti
0