CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əliməmməd Nuriyev: “Sosial işçilərin 90 faizi təlimlərə cəlb edilib”

© Sputnik / Murad Orujov“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev - Sputnik Azərbaycan
Abunə olmaq
Nuriyev bildirib ki, sosial iş və işçilər çətin həyat şəraitində olan insanların yükünü öz üzərinə götürür

BAKI, 30 may — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda sosial işin təşkili: mövcud vəziyyət və gözləntilər” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, konfrans “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi  BMT İnkişaf Proqramının Azərbaycan ofisi Avropa İttifaqının dəstəyi ilə “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması” proqramı çərçivəsində təşkil olunub. O bildirib ki, sosial iş və işçilər çətin həyat şəraitində olan insanların yükünü öz üzərinə götürür: “Bu baxımdan sosial iş komponenti sosial müdafiə sistemi üçün çox əhəmiyyətlidir. “Konstitusiya” Araşdırmalar Fondu bunun əhəmiyyətini nəzərə alaraq 6 rayonda yerli şöbələrdə çalışan sosial işçilərin 90 faizini təlimlərə cəlb edib”.

BMT-nin İnkişaf Proqramının Layihə Meneceri Gülşən Rzayeva bildirib ki, proqram çərçivəsində əhalinin həssas qrupları ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir. O qeyd edib ki, bu layihə çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun gördüyü işlərin nəticələri mühimdir: “Cəmiyyətin bütün sahələrində, o cümlədən sosial sahədə dövlət tərəfindən müəyyən işlər görülür. Bu layihə çərçivəsində keçirilən təlimlər də sosial işçilərin bacarıqlarının artırılmasına yardım etdi. Bu layihə həm də müəyyən ilklərə də imza atmış oldu”

Qeyd edək ki, “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi BMT İnkişaf Proqramının Azərbaycan ofisi Avropa İttifaqının dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması” proqramı çərçivəsində həyata keçirilib.

Xəbər lenti
0