CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Zabitlər parkı"ndan şikayət var: Sakinlər parkı zibilləyir, karuselləri qırır...

© Sputnik / Irade JELILZabitlər parkı
Zabitlər parkı - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazi gecə-gündüz polis nəzarətində olsa da, parka gələnlər bura çox zərər verir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. Bir müddət əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 77 ünvanında yerləşən "Zabitlər parkı"ndan redaksiyamıza şikayət daxil olmuşdu. Şikayət edən sakinlər parkın müəyyən yerlərində qazon təbəqəsinin dağıldığını, yerdə elektrik naqillərinin olduğunu bildirmişdi.

Sakinlər hesab edirdi ki, parkda kanalizasiya lyuklarının ağzının açıq olması azyaşlı uşaqlar üçün təhlükə mənbəyidir. Bütün bunlarla yanaşı, şikayətçi sakinlər parkın baxımsızlığından gileylənmişdilər. Biz də deyilənlərə aydınlıq gətirmək üçün "Zabitlər parkı"na üz tutduq.

Parkın rəisi Məhəmməd Şahməmmədli bizi qarşılayıb, deyilənlərə aydınlıq gətirdi. Şikayətçilərin redaksiyamıza ünvanladığı fotolarda olan yerlərə də baş çəkdik.

© Sputnik / Irade JELIL"Zabitlər parkı"nın rəisi Məhəmməd Şahməmmədli
Zabitlər parkının rəisi Məhəmməd Şahməmmədli  - Sputnik Azərbaycan
"Zabitlər parkı"nın rəisi Məhəmməd Şahməmmədli

Onun sözlərinə görə, ayın sonuna kimi parkda üzəri açıq qalmış elektrik naqili qalmayacaq. Həm də gün ərzində həmin naqillərdə elektrik enerjisi olmur. Açıq olan elektrik naqillərində saat 8-dən sonra elektrik enerjisi olur. Lyukların ağzını isə elə uşaqların özləri açır.

© Sputnik / Irade JELILM.Şahməmmədlinin sözlərinə görə, lyukların qapaqlarını uşaqlar qoparıb, futbol oynayırlar
M.Şahməmmədlinin sözlərinə görə, lyukların qapaqlarını uşaqlar qoparıb, futbol oynayırlar - Sputnik Azərbaycan
M.Şahməmmədlinin sözlərinə görə, lyukların qapaqlarını uşaqlar qoparıb, futbol oynayırlar

"Bizim parkımızda pulsuz karusellər də var. Valideynlər tez-tez həmin karusellərin sıradan çıxması ilə bağlı müraciət edir. Biz də tez düzəldirik. Amma valideynlərin özündə də böyük günah var. Məsələn, karusel daha azyaşlı uşaqlar üçündür, valideyn isə böyük uşağını mindirir. Başa salmaq olmur ki, bu, həmin uşağın yaşına uyğun deyil" — deyən Şahməmmədli ictimai qınağın olmamasından da şikayətlənib.

© Sputnik / Irade JELILParkdakı bəzi atraksionlar pulsuzdur
Parkdakı bəzi atraksionlar pulsuzdur - Sputnik Azərbaycan
Parkdakı bəzi atraksionlar pulsuzdur

"Mən işçilərə tapşırmışam ki, kim pulu olmayan valideyndən uşağı karuselə mindirmək üçün pul istəsə, onu işdən azad edəcəyəm. Çünki uşaq bilmir, valideynin pulu var, ya yoxdur. Mən istəmirəm, hansısa valideyn övladının qarşısında sınsın. Düzdür, həmin karusellər bir neçə milli qəhrəmanındır. Ancaq onlar da tapşırıb ki, kimin imkanı yoxdursa, pulsuz istifadə edə bilər" — deyə parkın rəisi bildirib.

© Sputnik / Irade JELILZabitlər parkında istirahət edən sakinlər
Zabitlər parkında istirahət edən sakinlər - Sputnik Azərbaycan
Zabitlər parkında istirahət edən sakinlər

Park rəisi onu da deyib ki, bu günə qədər sadalanan problemlərlə bağlı hər hansı bir qəza baş verməyib. Park 2008-ci ildə ölkə prezidentinin sərəncamı ilə təmirə dayanıb. 2011-ci il martın 17-dən əhalinin istifadəsinə verilib. Park Müdafiə Nazirliyinin balansında olsa da, qulluğuna Bakı Abadlıq İdarəsi baxır.

"Parkda 15 qaz heykəli var idi. İnanın, onların hamısını parka gələnlər sındırıb. Hətta keçən il bir sakin polisə şikayət etmişdi ki, qaz heykəlləri itib. Başa saldım ki, bunların məsuliyyəti mənim üzərimdədir və çoxu sındırılıb. Hər bir heykəlin 2 tona yaxın ağırlığı var və yerdən qaldırmaq çox çətindir" — deyə Şahməmmədli bildirib.

© Sputnik / Irade JELILQaz heykəlləri
Qaz heykəlləri - Sputnik Azərbaycan
Qaz heykəlləri

Park rəisinin sözlərinə görə, ildə iki dəfə oturacaqlar rənglənir: "Ərazi gecə-gündüz polis nəzarətində olsa da, parka gələnlər bura çox zərər verir. Keçən dəfə parkda göbələk heykəllərinə gedən elektrik naqillərini yerdən çıxarıb aparmışdılar, şikayət etdik".

© Sputnik / Irade JELILM.Şahməmmədli: "Parkdakı oturacaqlar ildə 2 dəfə rənglənir"
M.Şahməmmədli: Parkdakı oturacaqlar ildə 2 dəfə rənglənir - Sputnik Azərbaycan
M.Şahməmmədli: "Parkdakı oturacaqlar ildə 2 dəfə rənglənir"

Sakinlərin parkı çox zibillədiyini iddia edən Şahməmmədli, xüsusilə xanımların tum yeyib qabığını yerə tökmələrindən gileylənib. Deyib ki, bir tərəfdən süpürgəçi qadın süpürür, o biri tərəfdən isə istirahətə gələn tumu çırtlayıb yerə tökür.

© Sputnik / Irade JELILParka istirahətə gələn sakinlər əksər hallarda özlərindən sonra belə mənzərə qoyub gedirlər
Parka istirahətə gələn sakinlər əksər hallarda özlərindən sonra belə mənzərə qoyub gedirlər - Sputnik Azərbaycan
Parka istirahətə gələn sakinlər əksər hallarda özlərindən sonra belə mənzərə qoyub gedirlər

"Piknikə gələnlərin də 90 faizi zibilini qoyub gedir. Burada uşağa belə söz demək olmur. Valideyn gəlib deyir ki, "uşağım nə edir, yaxşı edir, dövlətin parkıdır, atanın parkı deyil ki". Zibilləyirlər, danışa da bilmirsən. Bu, bir yana qalsın, dairəvi oturacaqlar var ki, onların altını təmizləmək çox çətindir. Amma bizim vətəndaşlar özləri bilə-bilə zibili həmin oturcaqların altına atırlar. İşçilər çətinliklə qaldırıb altını təmizləyir. İnanın parkda 120 zibil qabı var, sakinlər gəlib zibili oturacaqların altına, ağacların dibinə atırlar" — deyir park rəisi.

Parkda karuselə nəzarət edən Fərhad Əliyev isə qeyd edib ki, karusellərin yanındakı elektrik qutularında elektrik cərəyanı 36 Voltdur və bu, uşaqları vurub öldürəcək gücdə deyil. Qoyulan qutular isə, karusellərə işləmə əmri vermək üçün nəzərdə tutulub.

Qeyd edək ki, mayın əvvəllərində parka yeni qazon vurulub. Ağzı açıq olan lyukların qapaqları qoyulub.

© Sputnik / Irade JELILPulsuz Wi-Fi zonası
Pulsuz Wi-Fi zonası  - Sputnik Azərbaycan
Pulsuz Wi-Fi zonası

Parkda sakinlərin mədəni istirahəti üçün hər bir şərait vardı. Qazonlar yeni döşənmiş, zibillər təmilənmişdi.

Xəbər lenti
0