DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bütün dünyaya səs salmış qətlin əslində böyük yalan olduğu üzə çıxdı

© REUTERS / Valentyn OgirenkoJurnalist Arkadi Babçenko
Jurnalist Arkadi Babçenko - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 30 may — Sputnik. Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Qriçak bəyan edib ki, ötən gün öldürüldüyü deyilən jurnalist Arkadi Babçenko sağdır. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

UTX məlumat yayıb ki, quruma əvvəlcədən jurnalistin öldürüləcəyinə dair məlumat daxil olub və qurum bu cinayətin qarşısını alıb.

“Üç saat əvvəl qətlin sifarişçisi tərəfimizdən saxlanılıb. Hazırda saxlanılan vətəndaşla istintaq işi aparılır, həmçinin onun yaşayış yerində və müvəqqəti qaldığı evdə axtarış aparılır”, — deyə UTX nümayəndəsi bildirib.

Babçenkonun özünə isə üç ay əvvəl ona ölümünün “sifariş” edildiyi xəbəri verilib və ona xüsusi əməliyyatda iştirak etmək təklif olunub. Babçenkonun sözlərinə görə, o, bu əməliyyata iki ay hazırlaşıb.

Xatırladaq ki, dünən Kiyevdə rusiyalı jurnalist Arkadi Babçenkonun qətlə yetirildiyi barədə xəbər yayılıb.

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi kollegiyasının üzvü, Ali Radanın deputatı Anton Geraşenko məlumat vermişdi. 

Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Məşhur jurnalist qətlə yetirildi

"Qatil onu binanın girişində pilləkənin altında gözləyib. Arkadi mənzilin qapısını açarkən qatil onu kürəyindən bir neçə güllə ilə vurub" — deyə Geraşenko öz Facebook səhifəsində yazıb.

"Qətllə" bağlı polisə Babçenkonun həyat yoldaşı məlumat verib.

Hadisə Kiyevin Dnepr rayonunda baş verib. Babçenko güllələnərkən yoldaşı vanna otağında olub. O, atəş səslərinə çölə çıxıb və ərini qan içində görüb. "Təcili yardım" çağırıb. Jurnalist təcili yardım maşını ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı cinayət işi açılıb.

Arkadi Babçenko "Moskovskiy komsomolets" və "Novаya qazeta" qəzetlərinin hərbi müxbiri olub. Rusiyanın Birinci kanalı və TV Tsentr-lə əməkdaşlıq edib. Gürcü-Cənubi Osetiya münaqişəsini işıqlandırıb.

O, 2016-cı ilin dekabrında Tu-154 təyyarəsinin qəzaya uğramasına şübhə ilə yanaşması səbəbindən Rusiyanı tərk edib. O, Kiyevdə ATR telekanalında "Prime: Babçenko" verlişini aparır.

Xəbər lenti
0