CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış hüquqşünas barəsindəki iddialara cavab verdi: "Cəfəngiyyatdır"

Abunə olmaq
Hüquqşünas: "Mən əminəm ki, prokurorluq bu məsələyə düzgün baxacaq"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Bu ilin mart ayında hüquqşünas Əkrəm Həsənov ləğv edilmiş "Bank Standard"ın bir qrup əmanətçisi ilə birlikdə Mərkəzi Bankın sədri Elman Rüstəmovu, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlını və digər vəzifəli şəxsləri məhkəməyə vermişdi.

82 əmanətçi bankın müflisləşməsində təqsirli olan şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 4 kollektiv iddia irəli sürmüşdü. İddiada təqsirkarlardan vurulan zərərin əvəzi — 47,5 mln. dollardan (81 mln. manat) çox məbləğin ödənilməsi tələb olunmuşdu. Mayın 24-də hüquqşünas Əkrəm Həsənov və ləğv edilmiş "Bank Standard"ın bir qrup əmanətçisinin iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə iddiaçıların şikayətinin təminini mümkünsüz sayıb. Hətta Əkrəm Həsənovun hərəkətlərində cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərardad qəbul edilib və məsələni baxılması üçün prokurorluğa göndərilib. 

Manat və dollar - Sputnik Azərbaycan
Fond ləğv olunan banklara qarşı tələbləri olanlara müraciət etdi

Hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışıb.

O deyib ki, qərardad hələlik onlara təqdim edilməyib. Sadəcə, hakim qərarı məhkəmədə elan edib.

"Biz qərarı alan kimi Apellyasiya Məhkəməsinə şikayət edəcəyik. O ki qaldı mənim haqqımda çıxarılan qərardada, hələlik həmin qərar mənə gəlib çatmayıb. Amma onu deyə bilərəm ki, mənə qarşı olan iddia əsassızdır. Maliyyə Bazarlarına Nəzarət Palatası məhkəməyə müraciət edib. Onlar hesab edir ki, mənim əməlimdə cinayət tərkibi var. Maliyyə Bazarlarına Nəzarət Palatası məhkəmədən xahiş edib ki, mənim haqqımda bu məsələni araşdırmaq üçün prokurorluğa göndərsin. Hakim də məhkəmədə cinayət işini araşdırmadığını qeyd edərək sənədləri prokurorluğa göndərib. Əlbəttə, mənim əməlimdə hər hansı cinayət tərkibi yoxdur. Hətta şikayətçilər də məhkəmədə buna etiraz etdilər" — deyə Həsənov bildirib.

Hüquqşünas qeyd edib ki, Ali Məhkəmənin "Bank Standard"ın ləğv planı təsdiq olunub və məhkəmə özü bu planı onlara təqdim edib. Palata isə şikayətində bildirib ki, Əkrəm Həsənov əmanətçiləri bu planla tanış edib və bununla da bankın sirrini yayıb.

"Bu, sadəcə cəfəngiyyatdır. Maraqlısı budur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası hansı sirri nəzərdə tutduğunu demir" — Həsənov əlavə edib.

Hüquqşünas onu da deyib ki, əgər o, sözügedən planı gizli yolla taparaq yaysaydı, onda Palata haqlı olardı: "Amma bu açıq bir şəkildə baş verdiyi üçün, burada cinayətdən söhbət belə gedə bilməz. Mən əminəm ki, prokurorluq bu məsələyə düzgün baxacaq".

Xəbər lenti
0