Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Siyasətin idmana qarışması böyük fəsadlar törədə bilər"

© Sputnik / Shahperi AbbasovaMəşqçi Dilarə Əhmədova
Məşqçi Dilarə Əhmədova - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənim azarkeşlik etdiyim komanda güclüdür, amma bu, oyundur, oyunda isə kimin udub-uduzacağını yalnız 90 dəqiqənin tamamında bilmək olar"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. İyun ayının 14-də bütün dünyanın gözü Rusiyada olacaq. Belə ki, futbol üzrə dünya çempionatının ev sahibi 2 dekabr 2010-cu ildə keçirilən səsvermə nəticəsində qalib gələn Rusiyadır. Bu mundial Rusiyanın ev sahibliyini etdiyi ilk çempionat olacaq. Rusiya Futbol Federasiyası tərəfindən təşkil olunacaq turnir həm də Şərqi Avropada keçirilən ilk mundial olacaq. Planetin ən yaxşı 32 komandası 8 qrupa bölünərək çempionatda iştirak edir.

Bəs görəsən Azərbaycanda futbol həvəskarları bu çempionatdan nə gözləyirlər? 

Almaniya millisinin baş məşqçisi Yoaxim Löv - Sputnik Azərbaycan
İDMAN
Təcrübəli futbol məşqçisı yığma ilə müqaviləsini artırdı

"Qəbələ"nin yüksək liqada çıxış edən qadınlardan ibarət komandasının, eyni zamanda Qaxın "UGİM U-13" və "U-16" komandalarının baş məşqçisi, əməkdar məşqçi Dilarə Əhmədova çempionatla bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

O, dünya çempionatından sonra bizdə futbolun daha da inkişaf edəcəyinə ümid etdiyini deyib: "Çox istəyərdim ki, çempionatdan sonra bəzi dəyişikliklər olsun. Taktika və texnikada yeniliklər gözləyirəm".

Dilarə xanım hesab edir ki, çempionatda iştirak edəcək 32 komandadan 4-ü (Braziliya, İngiltərə, Almaniya, Argentina) daha güclüdür: "Bu çempionata Almaniya və İngiltərə qatılmaq istəmirdi. Onlar çempionatı boykot etmək niyyətində idilər. Düşünürəm ki, siyasətin idmana qarışması böyük fəsadlar törədə bilər". 

Rusiya-İngiltərə oyunundan azarkeşlərin qarşıdurması - Sputnik Azərbaycan
İDMAN
UEFA Rusiya Futbol İttifaqına 150 min avro cərimə kəsib

"Ümumiyyətlə, siyasətin idmana və incəsənətə təsiri olmamalıdır. Təəssüf ki, zaman-zaman siyasətin idmanın və incəsənətin üzərinə basqısının şahidi olmuşuq. Mən özüm şəxsən Braziliyaya azarkeşlik edəcəm. Braziliya komandasının reytinqi hamıdan yüksəkdir", — deyə o əlavə edib.

D.Əhmədova "Bütün dünyada futbol həvəskarları həmişə yarış başlamazdan əvvəl pərəştiş etdikləri komandanın qalib gələcəyinə dair mərc edirlər. Bu ənənə azərbaycanlı həvəskarlardan da yan keçməyib. Bəs siz azarkeşlik etdiyiniz komandanın qalib gələcəyinə inanırsınızmı?" sualımızı da cavablandırıb. O, deyib ki, əvvəlcədən hansı komandanın qalib gələcəyini proqnozlaşdırmaq düzgün deyil.

Xanım baş məşqçi vurğulayıb ki, kimin qalib gələcəyini ancaq matçın sonunda bilmək olar: "İdmanda gözlənilməz hadisələr çox olur. Meydança düz, top isə yumrudur. Ona görə də gözlənilməz nəticələr ola bilər. Mənim azarkeşlik etdiyim komanda güclüdür, amma bu, oyundur, oyunda isə kimin udub-uduzacağını yalnız 90 dəqiqənin tamamında bilmək olar". 

Футбол. Товарищеский матч. Аргентина - Нигерия - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ"ı məğlub edə bilmədi, kuboku qazandı

"Bəzən elə hallar olur, düşünürsən ki, filan komanda rəqibindən qat-qat güclüdür və o qalib gələcək. Oyun zamanı isə düşündüyünün tam əksi ilə qarşılaşırsan. Ümumiyyətlə, idmanı mən həyata bənzədirəm, həyatda olduğu kimi idmanda da gözlənilməz sürprizlər olur", — müsahibimiz deyib.

Baş məşqçi hesab edir ki, idmanda zəhmət ən önəmlisidir. Amma şans məsələsini də unutmaq olmaz. Ona görə də Dilarə xanım əvvəldən hansı komandanın qalib gələcəyinə dair proqnoz verməyə can atmır.

Qeyd edək ki, iyunun 14-də keçirilən açılış matçında Rusiya və Səudiyyə Ərəbistanı milliləri qarşılaşacaq. Turnirdəki oyunlar 12 fərqli stadionda 15 iyul 2018-ci ilədək keçiriləcək.

Xəbər lenti
0