BAKI, 30 may — Sputnik. Türkiyədə kişi məhkəməyə müraciət edib. O, həyat yoldaşından boşanmaq istədiyini deyib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Arda. P həyat yoldaşı Buket. P ilə yollarını ayırmaq istədiyini və evliliklərinin daha da pisə doğru getdiyini deyib.
Arda onu da əlavə edib ki, həyat yoldaşı ona “yumşaq", yəni iqtidarsız kişi deyib. Hətta sosial şəbəkələrdə həyat yoldaşı Buketin onu təhqir etdiyini bildirib. Məhz buna görə onunla bir evdə yaşamaq istəmədiyini dilə gətirib.