CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri məhkəmə qarşısına çıxarıldı

© Sputnik / Murad OrujovВ Баку открылся первый книжный магазин юридической литературы
В Баку открылся первый книжный магазин юридической литературы - Sputnik Azərbaycan
Abunə olmaq
Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədri məhkəmədə ifadə verib, təqsirləndirilənin halı pisləşib

BAKI, 30 may — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Telman Əliyev ifadə verib.

O bildirib ki, Naxçıvan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb.

2017-ci ilin yanvar ayında axşam saatlarında telefona zəng gəldi. Həmin şəxs özünü yuxarı təbəqədən olan bir qadın kimi təqdim etdi. O, qoca adamın Xətai rayonunda həbs edildiyini və onun evə köçürülməsi ilə bağlı hakimlə danışmaq lazım olduğunu söylədi. Mən də hakimin yanına getdim, lakin düzələn iş olmadığı deyildi".

Daha sonra hakim və prokurorun suallarını cavablandıran T.Əliyev qeyd edib ki, məhkəmədən çıxanda ona kimin yaxınlaşdığını tanımayıb.

Prokuror isə bildirib ki, T.Əliyev istintaqda dindirilən zaman deyib ki, məhkəmədən çıxan zaman ona S.Şükürov yaxınlaşıb.

Bu zaman təqsirləndirilən S.Şükürovun halı pisləşib, məhkəməyə həkim çağırılıb.

Qeyd edək ki, S.Şükürov ümumilikdə 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.

İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında S.Şükürovun anket məlumatları dəqiqləşdirilən zamanı məlum olub ki, o, 1958-ci ildə Səbirabad rayonunda anadan olub, hazırda Bakı şəhərində qeydiyyatdadır.

Bildirilib ki, S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

Xəbər lenti
0