CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda vəzifəli şəxs öz kabinetində döyüldü

© pixabay / PavlofoxYumruq, arxiv şəkli
Yumruq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunsuz inşaat aparan sadə vətəndaşlar bələdiyyə sədri və icra nümayəndəsini döyüblər

BAKI, 30 may — Sputnik. Bakının Binəqədi rayonunda bələdiyyə sədrini döyüblər. Bu barədə Sputnik Azərbaycan-a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bu xoşagəlməz insident mayın 29-da gündüz saatlarında bələdiyyə sədrinin Biləcəri qəsəbəsindəki kabinetində baş verib. Sözügedən rayonun 6-cı polis bölməsinə belə bir məlumat daxil olub ki, yerli sakinlər — Bəykişi Baxışov (1964-cü il təvəllüdlü) və Natiq Qasımovun (1980-ci il təvəllüdlü) ucbatından bələdiyyə sədri Hikmət Quliyev (1983-cü il təvəllüdlü) və inzibati ərazi üzrə nümayəndə İbad İbrahimov (1960-cı il təvəllüdlü) xəsarət alıb. 

Əraziyə atılan zibillər sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlik bələdiyyə sədrini cərimələdi

Hüquq mühafizəçilərinin bildirdiyinə görə, kişilər arasındakı münaqişə Biləcəri qəsəbəsi ərazisində aparılan tikinti işləri səbəbindən yaranıb. Bələdiyyədən bildiriblər ki, Baxışov və Qasımov tikinti işlərini qanunsuz aparır. Bu səbəbdən də qəsəbə sakinlərini söhbət aparmaq üçün bələdiyyə idarəsinə çağırıblar. Elə oradaca məmurlarla adi işçilər arasında dava düşüb. Xuliqanlıq faktı ilə bağlı araşdırma aparılır.

Sputnik Azərbaycan-ın əməkdaşı insidentin detallarına aydınlıq gətirmək üçün Hikmət Quliyevlə əlaqə saxlamağa çalışıb. Lakin qəsəbə bələdiyyəsi sədrinin katibi sədrin iş yerində olmadığını bildirib.

Qeyd edək ki, Binəqədi rayonunda evlərin qanunsuz tikintisi ilə bağlı müntəzəm olaraq yerli icra hakimiyyəti və bələdiyyə əməkdaşlarının iştirakı ilə münaqişələr baş verir. Üç il əvvəl təkcə bu rayonun ərazisində 10 mindən artıq evin qanunsuz tikildiyi müəyyən edilib. Binəqədi rayonu qanunsuz tikililərlə bağlı ən çox müraciət və şikayətlərin olduğu rayonlar arasında liderdir.

Xəbər lenti
0