Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı nazirin oğlu "Taxt-tac oyunları"nın qəhrəmanları ilə bir arada

© Photo : Facebook / GameOfThrones"Taxt-tac oyunları"
Taxt-tac oyunları - Sputnik Azərbaycan
Abunə olmaq
Arif Rəhimov: "Biz hamımız "Taxt-tac oyunları" və "Formula-1"in böyük fanatlarıyıq"

BAKI, 30 may — Sputnik. Baku City Circuit-un (Bakı Şəhər Halqası) icraçı direktoru Arif Rəhimov "Formula-1"in Monako Qran-prisi zamanı dünyaca məşhur Amerika serialı olan "Taxt-tac oyunları"nın qəhrəmanları ilə görüşüb. O, bu görüşdən çəkilmiş şəkli sosial şəbəkədə paylaşaraq sözügedən serialın çoxsaylı pərəstişkarlarının arzularını dindirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Arif Rəhimov "Taxt-tac oyunları"nın qəhrəmanları ilə birgə şəklini Instagram-da paylaşıb.

"Biz hamımız "Taxt-tac oyunları" və "Formula-1"in böyük fanatlarıyıq" — deyə Rəhimov "Taxt-tac oyunları" serialında rol alan aktyorlar — Nikolay Koster-Valdau (Ceymi Lannister), Kit Harrinqton (Con Snou) və Liam Kanningemlə (Davos Sivort) birgə şəklini paylaşaraq yazıb.

Bu foto serialın pərəstişkarı olan sosial şəbəkə istifadəçiləri arasında qızğın müzakirələrə səbəb olub. Bir çoxları qeyd ediblər ki, Rəhimova həsəd aparırlar və onun yerində olmaq üçün çox şeylərini qurban verərdilər.

Qeyd edək ki, Arif Rəhimov Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğludur.

Yazıçı Corc Martinin "Buz və alovun mahnısı" romanı əsasında ABŞ-ın HBO telekanalının çəkdiyi "Taxt-tac oyunu" dram serialı dövrün ən baxımlı ekran işlərindən biridir. Dünyanın bir çox ölkələrində sevilən və böyük tamaşaçı auditoriyası olan "Taxt-tac oyunları" Azərbaycanda da maraqla izlənilir.

Filmin çəkilişləri başda Böyük Britaniya, Malta, Xorvatiya, İslandiya və Mərakeş olmaqla bir neçə ölkədə aparılır. Birinci mövsümün premyerası 17 aprel 2011-ci ildə ABŞ-da keçirilib. 27 avqust 2017-ci ildə serialın 7 mövsümü tam nümayiş etdirilib. Filmin 8-ci final mövsümü 2019-cu ilin aprel-may aylarında ekranlara çıxacaq.

Xəbər lenti
0