BAKI, 30 may — Sputnik. Ankarada güclü yağışdan sonra sel olub.
Şəhərin bəzi bölgələrində güclü yağış və dolu hələ də davam edir. Yollarda suların çoxlaması avtomobillərin hərəkətinə problem yaradıb. Seldən 35 nəfər şəxs qurtarılıb. Ankaranın digər bir tərəfində isə Naciyə Çalışqan adlı bir qadın sel suları altında qalaraq həyatını itirib.
Hazırda Ankara küçələri keçilməz vəziyyətdədir.