BAKI, 30 may — Sputnik. Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Gunter Oettinger bu həftə Azərbaycana səfər edəcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən daxil olub.
Oettinger iyunun 1-də Bakıda "ADA" Universitetində "Qlobal hadisələr fonunda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyəti" mövzusunda mühazirə ilə çıxış edəcək.