ELM

Təhsil ekspertindən hər kəsi maraqlandıracaq açıqlama

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
10 nəfər maksimum nəticə, 700 bal toplayıb

BAKI, 29 may — Sputnik. Təhsil eksperti Kamran Əsədov bu il üçün ali məktəblərə qəbul imtahanlarının yaz sessiyasının bəzi nəticələrini açıqlayıb. Ekspert bu barədə öz facebook səhifəsində məlumat verib. 

O qeyd edib ki, ümumilikdə I — IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib ki, onlardan da 9.8 faizi 500-700 arası bal toplayıb.

I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 — nəfər 500-700 arası bal toplayıb.

II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb.

III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 — 700 arası bal toplayıb.

IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb.

10 nəfər maksimum nəticə, 700 bal toplayıb.

Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb.

 

Xəbər lenti
0