Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyev: "Bu gün Azərbaycanın həyatında əlamətdar gündür"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalının açılışında
Azərbaycan Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalının açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb

BAKI, 29 may — Sputnik. Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasına başlanıb.

Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb.

Bununla da, Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, "Cənub Qaz Dəhlizi yeni enerji damarıdır".

Dövlət başçısı deyib ki, bu layihədə maraqlar balansı gözlənilib: "Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür".

İlham Əliyev bəyan edib ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqil, ayağı üzərində duran ölkədir: "Bizim siyasətimiz neft-qaz gəlirlərini bərabər, ədalətli şəkildə bölmək olub. Ümumdünya Davos Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb. Biz neft-qaz gəlirlərimizi qeyri-neft sektorunun inkişafına yönəldirik. Bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkənin neft-qaz resursları bizdən dəfələrlə çoxdur, ancaq fərqli durumdadır".

Xəbər lenti
0