BAKI, 29 may — Sputnik. Respublika Günündə — mayın 28-də Azərbaycanda daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər"lə açılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti qurumun rəsmi saytı vasitəsilə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, həmin gün əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Bayram günü Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.