CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Velosipedi təzədən icad edib, həm də sözün həqiqi mənasında

© Sputnik / Ilham MustafayevSamir Hüseynovun düzəltdiyi velosiped
Samir Hüseynovun düzəltdiyi velosiped - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərdə hərəkət etdikcə hər kəs təəccüblə ona baxır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 28 may — Sputnik. Qeyri-adiliyi və fərqlənməyi sevən Şəmkir sakini maraqlı velosiped hazırlayıb. Görənlərin təəccüblə qarşıladığı əl işi 3 mərtəbəli, 3 təkərdən ibarət qeyri-adi bir formaya malikdir. Fərqli "qoşa çarx"-ı barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan 33 yaşlı ixtiraçı kiçik yaşlarından velosiped həvəskarı olduğunu bildirib.

© Sputnik / Ilham MustafayevSamir Hüseynov və onun düzəltdiyi velosiped
Samir Hüseynov və onun düzəltdiyi velosiped - Sputnik Azərbaycan
Samir Hüseynov və onun düzəltdiyi velosiped

On ildən artıqdır velosiped satışı və təmirini edən qəhrəmanımız qeyri-adi velosipedi isə fərqlilik yaratmaq marağından hazırladığını deyib: "Əvvəl 2 velosiped çərçivəsini üst-üstə qaynaq edərək ikimərtəbəli düzəltdim. Sonra dedilər ki, belə velosipedlər başqa yerlərdə var. Ona görə bir çərçivə də əlavə edərək 3 mərtəbəli hazırladım. Təhlükəsizliyinə görə isə sonradan 3-cü çarx da əlavə etdim".

© Sputnik / Ilham MustafayevSamir Hüseynovun özünün düzəltdiyi velosipeddə
Samir Hüseynovun özünün düzəltdiyi velosipeddə - Sputnik Azərbaycan
Samir Hüseynovun özünün düzəltdiyi velosipeddə

Samir Hüseynov "üç çarx"-ı hazırlamaq üçün bütün işləri özü gördüyünü və bu işə, ümumilikdə 260-280 manat vəsait xərclədiyini də qeyd edib. İxtiraçı 1,8 metrə yaxın hündürlüyü olmasına baxmayaraq, velosipedə heç bir çətinlik çəkmədən minib-düşür, şəhərdə asanlıqla idarə edir.

Ona ən xoş gələn isə velosipedi sürərkən hamının ona təəccüblə baxmasıdır: "Şəhərdə sürəndə hamı təəccüblə baxır, hərəkətdə olanda telefonla çəkirlər. Dayananda gəlib yanında şəkil çəkdirirlər. Onda fikirləşirəm ki, zəhmətim hədər getməyib".

Samir Hüseynov gələcəkdə 3 nəfərin idarə edə biləcəyi velosiped hazırlamaq istəyini də dilə gətirib.

Xəbər lenti
0