DNT analizi ilə bunları da bilmək olacaq

© Sputnik / Igor Zarembo / Mediabanka keçidQan analizi, arxiv şəkli
Qan analizi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
DNT ilə göz rəngi və saç rəngini qismən öyrənmək olurdu, amma bu gün artıq dəri rəngini də bilmək olur

BAKI, 28 may — Sputnik. Alimlər elmdə inqilabi yeniliyə imza atıblar.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, elm adamları DNT vasitəsi ilə insanın saçının, gözünün və dərisinin rəngini müəyyən edə bilirlər. Alimlər üç piqment özəlliyini bir araya gətirərək, Hlris Plex-S DNA test sistemi icad ediblər. Hətta arxeoloji qazıntılar zamanı əldə olunan DNT analizləri əsasında da bu üç analizin cavabını əldə etmək mümkün olacaq.

Tədqiqatçı Susan Valş deyir ki, əvvəllər DNT ilə göz rəngi və saç rəngini qismən öyrənmək olurdu. Amma bu gün artıq dəri rəngini də bilmək olur. Hətta DNT analizi nəticəsində dəri rəngini bir neçə yerə — tünd, açıq, soluq kimi rənglərə bölüblər.

Xəbər lenti
0