Anar İskəndərov: “Biz AXC-nin siyasi varisləriyik”
“1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir”. Bunu AXC-nin 100 illiyi ilə bağlı Sputnik Azərbaycan-a danışarkən tarix elmləri doktoru, professor Anar İskəndərov deyib.
“AXC çox böyük dövlət olub. Bu dövlət az yaşasa da, Azərbaycan xalqını xalq edib. AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib. Bütün bunlar onu göstərir ki, 1918-20-ci illərdə mövcud olan dövlətin həqiqətən də siyasi varisləri bizik. Bu dövlət xalqımızın tarix boyu tolerant olduğunu göstərdi”.
Bu gün Şərqin ilk demokratik müsəlman dövlətinin — Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.