BAKI, 27 may — Sputnik. Azərbaycanın görkəmli şairi Səməd Vurğun vəfat edib (1906- 1956).
Vaxtsız əcəl, məndən uzaq dolan, dur
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə…
S.Vurğun Azərbaycanın ilk Xalq Şairi, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülüb, iki dəfə Stalin mükafatı laureatı və iki dəfə "Lenin" ordeni kavaleri olub. Şair "Zəncinin arzuları", "Aygün", "Muğan", "Zamanın bayraqdarı", "Bakının dastanı" kimi poemaların, "Fərhad və Şirin" mənzum dramının, "Vaqif" dramının və digər məşhur əsərlərin müəllifidir.
S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub.