SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev iyulda Fransaya gedəcək

Abunə olmaq
Bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. "Azərbaycan və Fransa arasında mövcud siyasi dialoq intensivdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian UFAZ-da AXC-nin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışı zamanı bildirib.

"İki ölkə arasında münasibətlər çox yaxşıdır. Müstəqilliyin lap ilk anlarından Fransa Azərbaycanın yanında olub" — deyə nazir vurğulayıb.

Jan-İv Lö Drian Fransanın UFAZ kimi layihənin davam etdirilməsi çün bundan sonra da səy göstərəcəyini vurğulayıb: "Bu, Azərbaycan — Fransa əməkdaşlığın keyfiyyətinin rəmzidir. Bundan başqa, deyə bilərəm ki, kosmos sahəsində Azərbaycan və Fransa əməkdaşlığının gələcək perspektivləri var".

Jan-İv Lö Drian bu il iyulun sonunda prezident İlham Əliyevin Fransaya səfər etməsinin planlaşdırıldığını da vurğulayıb: "Bu gün prezident İlham Əliyevlə görüşdə də bunu müzakirə etdik".

Xəbər lenti
0