BAKI, 27 may — Sputnik. 2015-ci ildə tapılan xəzinə ilə dolu gəminin üzərində aparılan araşdırma başa çatıb.
Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, mütəxəssislər onun İspaniya donanmasına aid “San Jose” adlı gəmi olduğunu təsdiqləyiblər.
Məlumata görə, sözügedən gəmi 1708-ci ildə Amerika qitəsindəki xəzinəni Avropaya daşıyarkən Karib dənizində batırılıb və üç əsr boyunca dənizin altında qalıb.
“San Jose”-nin qalıqları arasında tarixin ən böyük xəzinəsi tapılıb. Qızıl və digər əşyalardan ibarət olan xəzinənin hazırkı ümumi dəyərinin 4-18 milyard dollara bərabər olduğu bildirilib.