Antalya polisi yoxlama keçirdi, beş azərbaycanlı…

© AFP 2024 / YASIN AKGULTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onların heç birinin cinayətlə əlaqəsi olmadığı müəyyən edilib

BAKI, 26 may — Sputnik. Antalya polisi əcnəbilər və axtarışda olan şəxslərlə bağlı əməliyyat keçirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı 168 nəfər yoxlanılıb və onların heç birinin adı cinayət hadisəsində hallanmayıb.

Məlumata görə, "əcnəbi terrorçu döyüşçülər" adlı əməliyyat zamanı başda Suriyadan gələn şəxslər olmaqla, İraq, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Əfqanıstan, Tacikistan, Pakistan, Çeçenistan və digər ölkələrdən olan şəxslər yoxlanılıb.

Əməliyyat əcnəbilərin yaşadıqları və işlədikləri yerlər, ticarət mərkəzləri, əyləncə mərkəzləri və digər yerlərdə aparılıb. Əməliyyat zamanı həmçinin, Türkiyə, Rusiya, Moldova, Gürcüstan və digər ölkələrin vətəndaşları yoxlanılıb. Yoxlanılanlar arasında 5 nəfər Azərbaycan vətəndaşı da olub. Onların heç birinin cinayətlə əlaqəsi olmadığı müəyyən edilib.

Xəbər lenti
0