CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb

© Sputnik / Murad OrujovСотрудники Дорожно-патрульной службы в Баку
Сотрудники Дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Qanun sürücünün video-çəkiliş aparmasına man olmur, amma polisin başqa "əmma" varmış

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Dövlət Yol Polisi (DYP) polis əməkdaşları ilə ünsiyyəti mobil telefonun kamerası və ya video-qeydiyyat cihazı vasitəsilə qeyd etməyə ehtiyacın olmadığını bəyan edir. Sputnik Azərbaycan-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, sürücülər qeyd-şərtsiz yol polisinin tələbələrinə tabe olmalıdır. Əks halda onlar cəzalana bilərlər.

© Sputnik / Murad OrujovBakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  - Sputnik Azərbaycan
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov

Yəni əgər yol polisi sürücüdən baş verənləri çəkməməyi tələb edirsə, onda sonuncu çəkiliş prosesini dayandırmalıdır. Bununla yanaşı, Əsədov qeyd edib ki, video-çəkilişin qadağan olunması qanunla tənzimlənmir: "Lakin hüquq-mühafizə orqanı əməkdaşına tabe olmama artıq inzibati qaydada məsuliyyətə cəlb edilmək üçün əsas verir".

Onun sözlərinə görə, sürücünün polisin çəkilişi dayandırmaq barədə tələbdən imtina etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) pozulması kimi qiymətləndirilə bilər: "Bu maddənin pozulmasına görə 200 manat cərimə şəklində inzibati cəza və ya qanunu pozanın şəxsiyyəti nəzərə alınsa və bu tədbirlər yetərli olmasa, onda bir ay müddətinə inzibati həbs cəzası tətbiq olunur".

Əsədov qeyd edib ki, bu maddəyə əsasən, əgər polis əməkdaşı sürücüdən onu çəkməməyi tələb edirsə, onda sürücü telefonu yerə qoymalıdır. Əks halda Məcəllənin maddəsinə uyğun protokol tətbiq olunacaq: "Polis əməkdaşının çəkilişi dayandırmaq barədə qanunsuz tələbi də öz növbəsində inzibati qayda pozuntusu hesab olunur. Belə hallarda vətəndaşın şikayəti haqqında araşdırma aparılır. Əgər polisin günahkar olduğu aşkarlanarsa, onda həmin əməkdaş cəzalandırılacaq".

DYP sözçüsü bildirib ki, sürücülərin hər şeyi telefona çəkməsinə ehtiyac yoxdur: "Çünki hər bir polis əməkdaşı diktofonla təchiz olunub. Eyni zamanda, xidməti avtomobillər də polis əməkdaşları və vətəndaşları qeydə alan kameralarla təchiz olunub".

Yol polisinin nümayəndəsi izah edib ki, sürücülər onları saxlayan yol polisindən qisas almaq üçün hər şeyi kameraya çəkir: "Nə edək? Dərhal kameranı yandırır, baş verənləri çəkir, döş nişanının olmadığını, polis əməkdaşının özünü təqdim etmədiyini irad tuturlar. "Niyə mən düzgün park etməmişəm?", "Yox, mən səndələri təqdim etmirəm" – bütün bunlar sürücülərin iradlarıdır. Bu halda polis əməkdaşı kəməri bağlamamaqla yanaşı, həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə uyğun olaraq protokol tətbiq edir".

V.Əsədov, həmçinin qanunsuz olaraq cəzalandırıldıqlarını düşünən sürücülərə məhkəməyə müraciət etməyi məsləhət görüb.

Düzünü desək, hörmətli Vaqif Əsədovun sözləri bir qədər absurd səslənir. Qanun video-görüntünün çəkilməsini qadağan etmir, lakin polislər sürücülərdən kameraya heç nəyi çəkməməyi tələb edirlər. Əgər sürücü tabe olmursa, onda deməli o, qanunu pozur.

Axı polis qanun tərəfindən qorunan vətəndaşın hüququnu pozaraq ondan necə çəkiliş aparmamağı tələb edə bilər? Niyə vətəndaş "texniki nasazlıq" və ya polisin video-reqistratorundan məlumatların "itməsi" hallarından sığortalanmamalıdır?

Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polislərinə şiddətli çağırış-xəbərdarlıq: Qorunun!

Bu arada, döş nişanının olmaması, papağın düzgün qoyulmamsı, polis əməkdaşının özünü təqdim etmək istəməsi sürücülərin iradı deyil, polisə qarşı olan qanuni tələblərdir. Yuxarıda adı çəkilən qanuni hüquqları "sürücülərin iradı" adlandırmaqla yol polislərinin özləri sürücülərdən qanuna riayət etmək tələbindən məhrum olurlar. Bu halda sürücülər də yol polisinin video çəkməmək tələbini "boş irad", hətta qanunsuz fəaliyyəti gizlətmək cəhdi kimi adlandıra bilər.

Əgər polis öz vəzifəsini peşəkarcasına yerinə yetirirsə, onda o, video-kadrlara görə niyə narahat olmalıdır? Belə bir videonu izləyən istənilən savadlı şəxs dərhal kimin düz, kimin səhv olduğunu anlayacaq. Yəni əgər mənim polisim məni qanunun bütün tələblərinə uyğun şəkildə qoruyursa, onda onun narahat olmasına və çəkiliş etməməyi tələb etməsinə ehtiyac yoxdur!

Xəbər lenti
0