BAKI, 25 may — Sputnik. Oğuzda 32 yaşlı gəlin evdən qaçıb. Sputnik Azərbaycan Xezerxeber.az-a istinadən bildirir ki, rayonun Səməd Vurğun küçəsi, 14-də yaşayan Gülnaz Abışova 2 gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. 11 ildir Seymur Abışovla ailə quran və hazırda 2 övladı olan gəlin evdən dərzinin yanına getmək adı ilə çıxıb.
© © Foto Abışovlar ailəsi tərəfindən təqdim olunubGülnaz Abışova
Gülnaz Abışova
© © Foto Abışovlar ailəsi tərəfindən təqdim olunub
Seymur Abışov ailədə ciddi problem olmadığını deyir və həyat yoldaşının hansı səbəbdən getdiyini bilmir. Gülnaz Abışovanın anası Məlahət Xəlilova deyir ki, son vaxtlar qızında narahatlıq hiss edib. Ancaq o, problemini danışmayıb.
Hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verilib.