Eyyub Hüseynov: “Dənizin kənarlarındakı hasarlar ləğv edilməlidir”
Çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, hər il Səhiyyə Nazirliyi çimərliklərdə bu cür yoxlamalar aparır:
“Yoxlamaların nəticəsində müəyyən edilir ki, çimərliklərin 90 faizi çimmək üçün uyğun deyil. Lakin buna baxmayaraq, tələbat çox olduğu üçün insanlar bu çimərliklərə yenə də gedirlər. Bu sahədə əhalinin maarifçilik səviyyəsi aşağıdır. Demək olar ki, Bakı ətrafında təmiz çimərlik yoxdur. Dənizin kənarlarındakı təmiz yerlər hasarlanıb. Bu hasarlar ləğv edilməlidir. Həmçinin, o insanların çimərliklərdən istifadə mədəniyyəti yüksəldilməlidir”.
Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz