CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“ASAN xidmət”ə getmək istəyənlərə pis xəbər

© Sputnik / Murad OrujovЦентр ASAN Xidmət
Центр ASAN Xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
"ASAN xidmət” və “ASAN Kommunal” mayın 28-də işləməyəcək

BAKI, 25 may — Sputnik. 28 may — Respublika günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür. Bu barədə Sputnik Azərbaycan-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar mayın 29-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən iki “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Xəbər lenti
0