Dəhşətli virusdan ölənlərin sayı artır -VİDEO

© REUTERS / StringerVirusdan ölənlərin dəfni
Virusdan ölənlərin dəfni - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlər fövqəladə vəziyyət tədbirləri çərçivəsində torpağa tapşırılır

BAKI, 25 may — Sputnik. Hindistanda dünyanın ən ölümcül virusları arasında göstərilən nihap virusundan ölənlərin sayı artmaqdadır.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, daşıyıcısı yarasaların olduğu ölümcül virus səbəbindən həyatını itirənlərin sayı 12-yə yüksəlib. Ölənlər fövqəladə vəziyyət tədbirləri çərçivəsində torpağa tapşırılır. Dəfn zamanı xüsusi qoruyucu geyimlərdən istifadə edilir.

ABŞ biotexnologiya şirkətləri virusa qarşı sürətli bir şəkildə peyvənd tapmağa çalışırlar. Amma hələ ki, xəstəliyin vaksini yoxdur.

Qeyd edək ki, bu virus vaxtında müalicə edilməsə 40-75 faiz ölümə səbəb ola bilər. Hərarət, baş ağrısı, boğaz ağrısı kimi simptomları var və qripə bənzəyir. Beyin və ağ ciyərə təsir göstərir.

Bir çox hallarda yarasalar vasitəsilə yayılır, xurma meyvəsində aşkarlanır. Bəzi iddialara görə, hələ çarəsi tapılmayan nipah süni surətdə yaradılmış bioloji silah ola bilər. Bu virus ən çox Sinqapur, Malayziya, Hindistan və Banqladeşdə görülür.

Xəbər lenti
0