BAKI, 24 may — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəngləmə işləri ilə əlaqədar daha bir neçə yolda hərəkətin məhdudlaşdırılacağı haqqında məlumat verib.
Agentliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a deyilib ki, rənglənmə ilə əlaqədar bir neçə yolda hərəkət qismən məhdudlaşdırılacaq. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermontov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi — “Dalğa Plaza” arasında yerləşən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
Bu məqsədlə sözügedən küçələr boyu bu axşam saat 22:00-dan səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.