Valideynləri onu məhkəməyə verdi: Evimizi tərk et…

© Photo : Youtube / syracuse.comMaykl Rotondo məhkəmə zalında
Maykl Rotondo məhkəmə zalında - Sputnik Azərbaycan
Abunə olmaq
Maykl isə cavab olaraq bildirib ki, ona ən azı yarım il vaxt lazımdır

BAKI, 24 may — Sputnik. ABŞ-da valideynləri 30 yaşlı kişini məhkəməyə verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında valideynləri 30 yaşlı Maykl Rotondonu məhkəməyə verərək, evlərindən çıxmasını tələb ediblər. Rotondonun yaxınları bu ilin fevral ayından onu evdən çıxarmaq üçün bütün yollara əl atsalar da, istəklərinə nail ola bilməyərək məhkəməyə müraciət ediblər.

Qışda Kristina Rotondo oğlu üçün məktub qoyaraq evdən çıxmasını və bir daha evə gəlməməsini xahiş edib.

"Sənin evi tərk etmək üçün iki həftən var. Qayıtmaya da bilərsən. Biz nə baş verməsindən asılı olmayaraq hər şeyə hazırıq" deyə Rotondonun valideynləri yazıb.

Məktub istənilən effekti vermədiyi üçün, fevralın 18-də valideynləri ona daha bir mesaj ünvanlayıb.

"Maykl, sənə 1,1 min dollar veririk. Buna özünə ev tap. Və məsləhət görürük ki, səndə olan istismar müddəti bitməmiş stereo sistemi satasan. Bundan başqa, səndə ola biləcək silahları da satmağın məsləhətdir. İş tap özünə. Sənin kimi insanlar üçün də işədüzəltmə üsulları mövcuddur" – deyə onun valideynləri bildirib.

Beləcə yaza qədər davam edib. Apreldə Rotondonun valideynləri məhkəməyə müraciət ediblər. Mayın ortalarında hakim Donald Qrinvud Maykla müraciət edərək, evi tərk etməyi tələb edib. Maykl isə cavab olaraq bildirib ki, ona ən azı yarım il vaxt lazımdır.

Mayklın sözlərinə görə, o öz otağında yaşayır və paltarlarını da özü yuyur. Amerikalı bildirib ki, o öz valideynlərinin yanına 8 il əvvəl qayıdıb. Bu zaman qədər isə bizneslə məşğul olub.

Xəbər lenti
0