BAKI, 24 may — Sputnik. "Bakı məktəblərinin 10 faizində sıxlıq var". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, sıxlıq ondan ibarətdir ki, burada birinci sinfə getmək üçün müraciət edənlərin sayı çoxdur: "Müraciətlər çox olduqda onların hamısını qəbul etmək mümkün deyil".
"Ədalət prinsipi odur ki, ilk növbədə məktəbin yerləşdiyi ərazidə yaşayan uşaqlar həmin təhsil müəssisəsinə qəbul olunsun. Təbii ki, yer qalarsa, digər uşaqlar da qəbul oluna bilər" — nazir vurğulayıb.