SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vladimir Putin İlham Əliyevə məktub göndərib

© Sputnik / Alexei Druzhininİlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var”

BAKI, 24 may — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanda bu yubiley ilində xüsusilə geniş miqyasda qeyd edilən milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi salamlayır, Moskva,  “Novo-Oqaryovo” dövlət iqamətgahı, 26 dekabr 2017-ci il - Sputnik Azərbaycan
RUSİYA
Vladimir Putin İlham Əliyevi və azərbaycanlıları təbrik etdi

Sizin ölkəniz iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb. Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, regional və qlobal gündəlikdə olan mühüm məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar.

Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hər vasitə ilə möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə əmin-amanlıq və firavanlıq arzu edirəm".

Xəbər lenti
0