CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda zorakılığa məruz qalan uşaqlar üçün xeyriyyə aksiyası keçiriləcək

CC0 / Pexels / childrenUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan #Səxavətli Novruz xeyriyyə tədbirində iştirak edib və bayram ərəfəsində körpələri sevindirib

BAKI, 24 may — Sputnik. Nə qədər önləyici tədbirlər görülsə də, hər il cəmiyyətdə xeyli sayda uşağa qarşı fiziki, psixoloji, cinsi zorakılıq törədilir. Belə uşaqların bəziləri uşaq evlərinə və sığınacaqlara verilir.

Belə uşaqlara dəstək əlaməti olaraq IGEC şirkəti, Zalova S xeyriyyə cəmiyyəti, Danone və Castle şirkətlərinin birlikdə həyata keçirdikləri "Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzi"nə dəstək məqsədilə ilə xeyriyyə tədbiri keçirəcək. Xeyriyyə tədbiri iyunun 3-də səhər 11:00-da “Dreamland Country & Life”-dabaş tutacaq, böyüklər və uşaqlar üçün səhər yeməyi şəklində olacaq. Bilet alıb gələn hər kəs xeyriyyə aksiyasına qoşulmuş olacaq. Tədbirdən yığılan maliyyə isə bütünlüklə "Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzi"ndə olan uşaqlara yardım kimi köçürüləcək.

"Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzi" zorakılığa məruz qalan və ya himayəsiz uşaq və böyüklərə köməklik edir. Mərkəzin fəaliyyəti yardımlar hesabına həyata keçirilir.

Sputnik Azərbaycan İnformasiya Agentliyi dəfələrlə xeyriyyə tədbirlərində, o cümlədən "Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzi"ndə saxlanılan uşaqlara üçün keçirilən tədbirlərdə iştirak edib.

Məsələn, bu il Sputnik Azərbaycan #Səxavətli Novruz xeyriyyə tədbirində iştirak edib və bayram ərəfəsində körpələri sevindirib.

Sputnik Azərbaycan xeyriyyə aksiyasının informasiya tərəfdaşıdır.

Əlavə məlumat üçün:

IGEC — International Group for Educational Consultancy

(+99412) 480 36 40

(+99455) 213 87 89

Ünvan: Xocalı Prospekti 37, Dəmirçi Plaza 2 ci mərtəbə

Xəbər lenti
0