BAKI, 24 may — Sputnik. 28 May tarixi Azərbaycanda dövlət bayramı — Respublika günü kimi geyd edilir. Bu il ölkə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini bayram edir. Azərbaycanla yanaşı 26 may tarixində qonşu Gürcüstanda da ilk respublikanın elan olunmasının 100 illiyini qeyd edəcəklər.
Hər iki respublikanın yaranması Qafqaz valisinin sarayında Tiflisdə (bu günkü Tbilisi) baş verib. Hətta yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin höküməti bir neçə həftə həmin şəhərdə fəaliyyət göstərib.
Bu gün strateji tərəfdaşlıq səviyyəsində münasibət quran iki ölkənin ərazisində ötən əsrin əvvəllərində elan olunmuş respublikaların yaranması necə baş verib, onları hansı hadisələr birləşdirib? Bu və digər mövzular barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində 25 may 11:00-da iki ölkənin alimlərinin iştirakı ilə keçiriləcək video-körpüdə danışılacaq.
Bakıda iştirakçılar:
Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev və Qafqaz Tarixi Mərkəzinin rəhbəri Rizvan Hüseynov
Tbilisidə iştirakçılar:
İliya Universitetinin Politologiya İnstitutunun elmi işçisi Giya Siamaşvili
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə